Finss.az xəbər verir ki, Fransa bankı BNP Paribas SA 2025-ci ilin üçüncü rübündə xalis mənfəətini 6,1%, gəlirini isə 5,3% artırıb, lakin bu göstəricilər bazar gözləntilərindən aşağıdır.
İyul-sentyabr aylarında bankın xalis mənfəəti 3,04 milyard avro təşkil edib, ötən ilin eyni dövründə isə bu göstərici 2,87 milyard avro idi. Gəlir isə 11,94 milyard avrodan 12,57 milyard avroya yüksəlib.
Konsensus proqnozlarına görə, analitiklər BNP Paribas-ın xalis mənfəətini 3,09 milyard avro, gəlirini isə 12,8 milyard avro səviyyəsində qiymətləndirirdilər. Üçüncü rübdə xərclər 5,5% artaraq 7,61 milyard avroya, kredit itkisi ehtiyatları isə 728 milyon avrodan 905 milyon avroya yüksəlib.
BNP Paribas rəhbərliyi 2025-ci ildə xalis mənfəətin 12,2 milyard avronu keçəcəyini proqnozlaşdırır. Bankın bazar kapitallaşması isə ilin əvvəlindən bəri 16,8% artaraq 77,18 milyard avroya çatıb.
