BİZNES

30 Oktyabr

Nomura 2025-ci ilin II rüb maliyyə nəticələrini açıqladı

Finss.az xəbər verir ki, Yaponiyanın ən böyük broker şirkəti və investisiya bankı olan Nomura Holdings Inc., 2025-ci ilin ikinci maliyyə rübündə (iyul–sentyabr) xalis mənfəətinin illik müqayisədə 6% azaldaraq 92,1 milyard yen (təxminən 610,8 milyon dollar) təşkil etdiyini açıqlayıb.

Şirkətin gəliri isə illik müqayisədə 7% artaraq 515,5 milyard yen olub.

Sahələr üzrə göstəricilər belədir:

  • İnvestisiya bankçılığı gəliri: 60,8 milyard yen, illik 8% artım
  • Sərvət idarəetməsi gəliri: 116,5 milyard yen, illik 4% artım
  • Bank gəliri: 12,9 milyard yen, illik 5% artım

Nomura-nın bazar kapitallaşması ilin əvvəlindən 17,5% artaraq 3,22 trilyon yen, Nikkei 225 səhm indeksi isə təxminən 26% artıb. Analitiklər şirkətin gəlir artımının bazar payını gücləndirdiyini və investisiya bankçılığı fəaliyyətinin effektivliyini göstərdiyini bildirirlər.