Finss.az xəbər verir ki, Tesla şirkətinin baş direktoru Elon Musk yeni kompensasiya paketi səhmdarlar tərəfindən təsdiqlənmədiyi halda istefa verə bilər. Bu barədə şirkətin idarə heyətinin sədri Robin Denholm səhmdarlara göndərdiyi məktubda məlumat verib.
Denholm bildirib ki, təklif edilən 1 trilyon dollarlıq kompensasiya planı Musku ən azı növbəti yeddi il yarım ərzində Tesla-nın rəhbərliyində saxlamağı hədəfləyir. Onun sözlərinə görə, bu plan şirkətin uzunmüddətli inkişaf strategiyasının vacib hissəsidir və Tesla-nın bazar dəyərinin daha da artmasına xidmət edəcək.
Məktubda qeyd olunur ki, səhmdarların iclası 6 noyabr 2025-ci ildə keçiriləcək və burada Elon Musk-ın kompensasiya paketi və digər idarəetmə məsələləri müzakirə olunacaq.
Ekspertlərin fikrincə, Musk-ın istefası halında Tesla-nın səhmlərində ciddi dalğalanmalar ola bilər, çünki şirkətin innovasiya yönümlü strategiyası birbaşa onun liderliyi ilə bağlıdır.
