BİZNES

30 Oktyabr

Rusiya konteyner daşımalarında azalma

Finss.az xəbər verir ki, FESCO Transportation Group (ana şirkət: PJSC Far Eastern Shipping Company) analitiklərinin qiymətləndirməsinə görə, Rusiya konteyner bazarı 2025-ci ilin yanvar–sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 5,4% azalaraq 4,725 milyon TEU təşkil edib.

Məlumata əsasən, idxal daşımaları 9% azalaraq 1,958 milyon TEU-ya, dəmir yolu tranziti isə 5% azalaraq 432 min TEU-ya enib. Daxili konteyner daşımaları 14% azalaraq 891 min TEU olub.

Bununla yanaşı, ixrac göstəriciləri 7% artaraq 1,444 milyon TEU-ya yüksəlib.

FESCO-nun məlumatında bildirilir ki, 2025-ci ilin sentyabr ayında Rusiyada ümumi konteyner daşımalarının həcmi də ötən ilin eyni ayı ilə müqayisədə 6,3% azalıb və 517 min TEU təşkil edib.

Analitiklərə görə, azalma əsasən idxal və daxili daşımalar seqmentlərində müşahidə olunur, lakin ixracın artması bazardakı ümumi mənzərəni qismən balanslaşdırır.