BİZNES

29 Oktyabr

PayPal xalis mənfəətini artırdı

Finss.az xəbər verir ki, 2025-ci ilin üçüncü rübündə Amerika ödəniş nəhəngi PayPal Holdings Inc. xalis mənfəətini 24%, gəlirini isə 7% artıraraq analitik gözləntilərini üstələyib.

Şirkətin hesabatına əsasən, iyul-sentyabr aylarında xalis mənfəət 1,25 milyard dollar və ya səhm başına 1,30 dollar təşkil edib. Müqayisə üçün, ötən ilin eyni dövründə bu göstərici 1,01 milyard dollar və ya səhm başına 0,99 dollar idi.

Düzəldilmiş mənfəət isə 12% artaraq səhm başına 1,34 dollar səviyyəsinə yüksəlib.

PayPal-ın gəliri 7,85 milyard dollardan 8,42 milyard dollara çatıb. Bu, FactSet analitiklərinin 8,24 milyard dollarlıq gəlir və səhm başına 1,20 dollar mənfəət proqnozlarını üstələyib.

Şirkətin ümumi ödəniş həcmi 8% artaraq 458,1 milyard dollar olub, valyuta dəyişkənliyi istisna olmaqla artım 7% təşkil edib. Bununla yanaşı, emal olunmuş əməliyyatların sayı 5% azalaraq 6,3 milyard olub.

PayPal sistemindəki aktiv hesabların ümumi sayı 1% artaraq 438 milyona çatıb.

Ekspertlərin fikrincə, bu nəticələr PayPal-ın rəqəmsal ödəniş bazarındakı lider mövqeyini qoruduğunu və xidmət ekosistemini diversifikasiya etməyə davam etdiyini göstərir.