Finss.az xəbər verir ki, ABŞ-ın aparıcı texnologiya şirkətlərindən olan Skyworks Solutions Inc. və Qorvo Inc. birləşmə qərarı haqqında rəsmi elan yayıblar.
Rəsmi məlumata görə, Qorvo səhmdarları hər səhm üçün 32,50 ABŞ dolları nağd pul və əlavə olaraq 0,96 Skyworks səhmi əldə edəcəklər.
Birləşmə başa çatdıqdan sonra Skyworks səhmdarları yeni şirkətin 63%-nə, Qorvo səhmdarları isə 37%-nə sahib olacaqlar.
Birləşmiş şirkətin müəssisə dəyəri (Enterprise Value) borc da daxil olmaqla təxminən 22 milyard dollar olacaq.
Sazişin məqsədi yarımkeçirici və radiofreks komponentləri bazarında rəqabət qabiliyyətini gücləndirmək, həmçinin 5G və mobil texnologiyalar sahəsində istehsal gücünü artırmaqdır.
Skyworks və Qorvo-nun birləşməsi nəticəsində ABŞ texnologiya sənayesində yeni güclü oyunçunun formalaşacağı gözlənilir.
