BİZNES

29 phrase_var_core.october

ABŞ indeksləri yeni rekorda yüksəldi

Finss.az xəbər verir ki, ABŞ səhm bazarları çərşənbə axşamı günü müsbət korporativ xəbərlərin təsiri ilə rekord səviyyələrə yüksəlib. SP 500, Nasdaq və Dow Jones indeksləri hamısı yeni zirvələrə çataraq investorların nikbinliyini artırıb.

Treyderlər indi diqqəti Federal Ehtiyat Sistemi (Fed)-nin 28–29 oktyabr 2025-ci il tarixlərində keçiriləcək iclasına yönəldiblər. Bazarda geniş şəkildə gözlənilir ki, Fed əsas faiz dərəcəsini 25 baza bəndi azaldaraq 3,75–4% aralığına endirəcək.

Market Watch nəşri yazır ki, bu dəfə faiz qərarının özü qədər Fed-in ton və ifadə tərzi, yəni iqtisadi vəziyyət və pul siyasətinə dair açıqlamalarının məzmunu daha həlledici olacaq.

İnvestorların bir hissəsi həmçinin Fed-in kəmiyyət yumşaldılması (QT) proqramının bitdiyini elan edə biləcəyini də istisna etmir. Qeyd olunur ki, iclas, ABŞ hökumətinin bağlanması səbəbindən tam statistik məlumatlar olmadan keçiriləcək. Bu isə xüsusilə əmək bazarı göstəriciləri üçün mühüm məqam hesab olunur.

Ekspertlərin fikrincə, bu faktorlar həm dolların dəyərinə, həm də qlobal səhm bazarlarında risk iştahasına birbaşa təsir göstərə bilər.