BİZNES

28 Oktyabr

Novartis, Avidity Biosciences şirkətini 12 milyard dollara satın aldı

Finss.az xəbər verir ki, İsveçrədə yerləşən Novartis AG şirkəti Amerikanın biotexnologiya şirkəti Avidity Biosciences Inc.-i təxminən 12 milyard dollara satın aldığını elan edib.

Müqavilə şərtlərinə əsasən, Novartis şirkəti Avidity-nin hər bir səhmine görə 72 ABŞ dolları ödəyəcək. Bu qiymət 24 oktyabr tarixi üçün bağlanış qiymətindən 46% yüksək qiymət təklifinə bərabərdir.

Avidity Biosciences hazırda müxtəlif əzələ distrofiyası növlərinin müalicəsi üçün üç yeni dərman üzərində klinik sınaqlar aparır. Ekspertlərin qiymətləndirməsinə görə, bu dərmanların ABŞ-da istifadəsinə 2027-ci ilin əvvəlində icazə verilə bilər.

Bu alqı-satqı Novartis üçün biotexnoloji innovasiyaları portfelinə əlavə etmək və genetik əzələ xəstəliklərinin müalicəsində mövqeyini gücləndirmək baxımından strateji addım hesab olunur. Analitiklər qeyd edirlər ki, bu əməliyyat farmasevtika sektorunda 2025-ci ilin ən böyük satınalmalarından biri kimi qiymətləndirilir.