BİZNES

28 Oktyabr

Gartner: 2026-cı ildə qlobal İT xərcləri 6 trilyon dolları keçəcək

Finss.az xəbər verir ki, Gartner tədqiqat şirkəti 2026-cı il üçün qlobal informasiya texnologiyaları (İT) xərcləri ilə bağlı yeni proqnozunu açıqlayıb. Hesabata görə, bu xərclər 9,8% artaraq 6 trilyon dolları keçəcək.

Gartner analitiki Con-David Lovelok bildirib ki, “2025-ci ilin ikinci rübündə müşahidə olunan qeyri-müəyyənliklər üçüncü rübdən etibarən azalmaqda davam edir və ilin sonuna qədər sektora əhəmiyyətli maliyyə axını gözlənilir.”

Onun sözlərinə görə, Generativ Süni İntellekt (GenAI) texnologiyaları artıq müəssisə proqram təminatı seqmentində geniş tətbiq olunur və bu sistemlər daha yüksək dəyərli olduqları üçün investisiya həcmini artırır.

Ekspertlər qeyd edirlər ki, İT bazarındakı artımın əsas drayverləri bulud texnologiyaları, süni intellekt sistemləri, avtomatlaşdırma həlləri və kibertəhlükəsizlik xərclərinin genişlənməsi olacaq.