Finss.az xəbər verir ki, ABŞ-Çin ticarət danışıqları ilə bağlı nikbinlik fonunda investorların risk iştahasının artması qızıl kimi təhlükəsiz aktivlərin qiymətlərinə təzyiq göstərib.
Komex birjasında dekabr ayı üzrə qızıl fyuçerslərinin qiyməti Moskva vaxtı ilə saat 14:40-a olan məlumata görə 2,5% azalaraq unsiyası üçün 4033 dollar təşkil edib.
Analitiklər bildirirlər ki, ABŞ və Çin arasında ticarət münasibətlərinin yumşalması fonunda investorlar qızıl, gümüş və digər müdafiə aktivlərindən çıxış edərək səhm bazarına yönəlirlər.
Qeyd edək ki, qızılın qiyməti ötən həftə də azalıb və avqust ayından bəri ilk dəfə həftəni mənfi zonada başa vurub.
Ekspertlərin fikrincə, geosiyasi gərginliyin azalması və dolların möhkəmlənməsi qısa müddətdə qiymətli metallar bazarında təzyiqi artıra bilər.
