BİZNES

27 Oktyabr

Azərbaycanda bentonit istehsalı 42,6% artıb

2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycanda 234 min ton bentonit istehsal olunub.

Finss.az Dövlət Statistika Komitəsindən məlumatına əsasən xəbər veirr ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 69,9 min ton və ya 42,6% çoxdur.

Cari ilin oktyabrın 1-nə olan vəziyyətə görə, ölkədə hazır bentonit ehtiyatı 230,8 min ton təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar–sentyabr aylarında mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 28,8 milyard manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,7% azdır.

Fuad Mədətov
Finss.az