BİZNES

24 Oktyabr

Azərbaycanın kimya sənayesi məhsulları ixracından gəlirləri 19,2% artıb

2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycandan xaricə 837,4 min ton kimya sənayesi məhsulları göndərilib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, ixracdan 252,5 milyon ABŞ dolları gəlir əldə olunub.

Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac olunan məhsulların həcmi 13,9 min ton və ya 1,7%, dəyəri isə 40,7 milyon ABŞ dolları və ya 19,2% artıb.

Hesabat dövründə kimya sənayesi məhsullarının ixracı ümumi ixracın 1,36%-ni, qeyri-neft sektoru üzrə ixracın isə 9,53%-ni təşkil edib.

Fuad Mədətov
Finss.az