Finss.az xəbər verir ki, Almaniyanın aparıcı müdafiə sənayesi şirkəti Rheinmetall, ölkənin Silahlı Qüvvələri — Bundesver üçün aşağı orbitli peyklərin tədarükü ilə bağlı ilk sifarişini alıb.
Şirkətin baş direktoru Armin Pappergerin açıqlamasına görə, layihə çərçivəsində növbəti iki il ərzində 40 peyk Bundesverin istifadəsinə veriləcək.
Məsələ ilə bağlı üç müstəqil mənbə xəbər verir ki, müqavilə artıq imzalanma mərhələsindədir və ümumi dəyəri 3 milyard avroya qədər qiymətləndirilir.
Yeni peyk layihəsi Almaniyanın müdafiə texnologiyaları və kosmik rabitə sistemləri sahəsində müstəqilliyini gücləndirməyi hədəfləyir. Rheinmetall üçün bu addım şirkətin kosmik təhlükəsizlik və milli müdafiə infrastrukturundakı rolunu daha da artıracaq.
