BİZNES

24 Oktyabr

Azərbaycandan ixrac olunan elektrik enerjisindən gəlir 53,8 milyon dollara çatıb

2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycandan xaricə 940,492 milyon kilovat saat elektrik enerjisi göndərilib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, ixracdan əldə olunan gəlir 53,836 milyon ABŞ dolları olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac olunan elektrik enerjisinin həcmində 411,043 milyon kilovat saat və ya 30,4%, dəyərində isə 20,7 milyon ABŞ dolları və ya 27,8% azalma qeydə alınıb.

Hesabat dövründə elektrik enerjisinin ixracı ümumi ixracın 0,29%-ni, qeyri-neft sektoru üzrə ixracın isə 2,03%-ni təşkil edib.

Fuad Mədətov
Finss.az