BİZNES

24 Oktyabr

Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 3,7% artıb

2025-ci ilin yanvar–sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında pərakəndə ticarət dövriyyəsi 1,018 milyard manat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,7% çoxdur.

Ölkə üzrə isə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 46,423 milyard manatlıq məhsul satılıb. Bunun 25,359 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 21,064 milyard manatı isə qeyri-ərzaq mallarına aiddir. 2024-cü ilin yanvar–sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7%, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3%, qeyri-ərzaq malları üzrə isə 6,8% artıb.

Fuad Mədətov
Finss.az