Finss.az xəbər verir ki, VTB Bank öz balansında olan Marriott Kazan Kremlin otelini satışa çıxarmağı planlaşdırır. Bu barədə məlumat maliyyə qrupunun əsas olmayan aktivlərdən çıxış strategiyasına istinadla verilib.
Bank 2025-ci ildə əsas fəaliyyət istiqamətinə aid olmayan aktivlərin, o cümlədən əlaqəli bankların, otellərin və ofis binalarının satışını nəzərdə tutan genişmiqyaslı plan həyata keçirir.
Xatırladaq ki, VTB bu ilin aprel ayında Moskvanın Bolşaya Ordınka küçəsində yerləşən “Legion I Business Center” kompleksindəki bir neçə binanı satmışdı. Həmin obyektlər əvvəllər “FC Otkritie Bank”-a məxsus idi.
Yeni satış qərarı VTB-nin kapital strukturunun optimallaşdırılması və qeyri-profil aktivlərdən çıxmaq strategiyasının davamı kimi qiymətləndirilir.
