BİZNES

24 Oktyabr

Azərbaycan elektrik enerjisinin ixracından 53,836 milyon ABŞ dolları gəlir əldə edib

2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycandan 940,492 milyon kilovat saat elektrik enerjisi ixrac olunub.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu ixracdan ölkə 53,836 milyon ABŞ dolları gəlir əldə edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin ixracı həcm baxımından 411,043 milyon kilovat saat və ya 30,4%, dəyər ifadəsində isə 20,7 milyon ABŞ dolları və ya 27,8% azalıb.

Hesabat dövründə elektrik enerjisinin ixracı ümumi ixracın 0,29%-ni, qeyri-neft sektoru üzrə ixracın isə 2,03%-ni təşkil edib.

Fuad Mədətov
Finss.az