BİZNES

24 Oktyabr

American Airlines üçüncü rübdə xalis zərərini azaltdı və rekord gəlir əldə etdi

Finss.az xəbər verir ki, American Airlines Group 2025-ci ilin üçüncü rübündə xalis zərərini 23,5% azaldıb və şirkət tarixində rekord gəlir əldə edib. Hesabat dövründə həm düzəldilmiş zərər, həm də ümumi gəlir göstəriciləri bazar gözləntilərini üstələyib.

Şirkətin açıqladığı rəsmi məlumata görə, iyul–sentyabr ayları üzrə xalis zərər 114 milyon dollar və ya səhm başına 0,17 dollar təşkil edib. Müqayisə üçün, ötən ilin eyni dövründə bu göstərici 149 milyon dollar və ya səhm başına 0,23 dollar idi.

Düzəldilmiş zərər də eyni ilə səhm başına 0,17 dollar olub ki, bu da analitik proqnozlarından daha yaxşı nəticə sayılır.

Hesabatda qeyd olunur ki, American Airlines-in ümumi gəliri 0,3% artaraq 13,69 milyard dollara çatıb — bu, şirkətin tarixində rekord səviyyədir. Müqayisə üçün, FactSet sorğusuna əsasən ekspertlər 13,63 milyard dollar gəlir və səhm başına 0,28 dollar düzəldilmiş zərər gözləyirdilər.

Beləliklə, American Airlines həm gəlir, həm də mənfəət baxımından bazar gözləntilərini üstələyən nəticə göstərib. Analitiklər bildirirlər ki, şirkət bu uğuru uçuş tələbatının artması, xərclərin optimallaşdırılması və daxili reyslər üzrə gəlirliliyin yüksəlməsi sayəsində əldə edib.