BİZNES

24 Oktyabr

Azərbaycanın əsas kapitala yatırımları artıb

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 13,048 milyard manat investisiya yönəldilib və bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,0 faiz çoxdur.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, hesabat dövründə neft-qaz sektoruna sərf olunan investisiyalar 11,5 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilən investisiyalar isə 7 faiz artıb. Yönəldilmiş investisiyanın 6,648 milyard manatı məhsul istehsalı sahələrinə, 4,298 milyard manatı xidmət sahələrinə, 2,102 milyard manatı isə yaşayış evlərinin tikintisinə sərf edilib.

Əsas kapitala yönəldilmiş investisiyaların 10,057 milyard manatı daxili mənbələrdən təmin olunub, 10,280 milyard manatı isə birbaşa tikinti-quraşdırma işlərinə sərf edilib.

Fuad Mədətov
Finss.az