Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "ABB" şirkəti arasında enerji keçidi, rəqəmsallaşma, sənayedə innovativ texnologiyaların tətbiqi ilə resursların idarə edilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.
Finss.az bu barədə SOCAR-a istinadən xəbər verir ki, bu gün SOCAR-ın prezidenti Rövşən Nəcəf "ABB" şirkətinin Şimali Avropa üzrə baş vitse-prezidenti Tor Ove Lussand ilə görüşüb.
Görüşdə şirkətlər arasında enerji keçidi, rəqəmsallaşma, sənayedə innovativ texnologiyaların tətbiqi ilə resursların idarə edilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.
Qarşı tərəfə Azərbaycanda enerji sənayesinin modernləşdirilməsi, karbon emissiyalarının azaldılması, beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən “yaşıl enerji” layihələri barədə məlumat verilib.
Fuad Mədətov
Finss.az
