BİZNES

23 Oktyabr

Aİ-nin 19-cu sanksiya paketində Çin, Hindistan və Tailand şirkətləri yer aldı

Finss.az xəbər verir ki, Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi 19-cu sanksiya paketi Çindən 12, Hindistandan 3, Tailanddan isə 2 şirkəti əhatə edir.

Aİ-nin sanksiyalar siyahısına aşağıdakı Çin şirkətləri daxil edilib:
Splendent Technologies, Jove HK Limited, China Purchasing Group (Chbay), Lingtong International Supply Chain Management Company Limited, Heilongjiang Karubis Trade Development Co. Ltd., Yiwu Vortex Import and Export Co. Ltd., Zhejiang Zhenhuan CNC Machine Co. Ltd., Logistic Co. Ltd., Alice Components Co. Ltd., Hong Kong Park On Electronics Technology, Suzhou Ecod Precision Manufacturing Co. Ltd., Shandong Xinyilu International Trade Co. Ltd. və Yiwu City Duniang Trading Co. Ltd.

Bu qərar Aİ-nin Rusiyanın hərbi sənaye kompleksinə dolayı yolla dəstək verən və ya ikili təyinatlı texnologiyaların tədarükündə iştirak edən şirkətlərə qarşı sanksiyaları sərtləşdirmək strategiyasının tərkib hissəsidir.