BİZNES

23 Oktyabr

Nornikel palladium və platin hasilatında azalma qeydə aldı

Finss.az xəbər verir ki, “Nornikel” şirkəti 2025-ci ilin üçüncü rübündə 617 min unsiya palladium istehsal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9% azdır (2024-cü ilin eyni dövründə – 676 min unsiya).

Platin istehsalı isə 10% azalaraq 165 min unsiyadan 149 min unsiyaya enib. Şirkətin açıqlamasına görə, azalma əsasən yeni mədən avadanlıqlarına keçid və filiz tərkibindəki dəyişikliklərlə bağlıdır.

2025-ci ilin ilk doqquz ayı ərzində palladium istehsalı illik müqayisədə 6% azalaraq 2,016 milyon unsiya, platin istehsalı isə 7% azalaraq 484 min unsiya təşkil edib.

“Nornikel” həmçinin ilin ortasında dərc etdiyi metal istehsalına dair proqnozu təsdiqləyib.
Yenilənmiş gözləntilərə əsasən:

  • Palladium istehsalı ilkin plandan 1% az olaraq 2,677 – 2,729 milyon unsiya (əvvəlki proqnoz: 2,704 – 2,756 milyon unsiya)

  • Platin istehsalı isə 2,2% azalma ilə 645 – 662 min unsiya (əvvəlki proqnoz: 662 – 675 min unsiya) səviyyəsində olacaq.