BİZNES

23 Oktyabr

Azərbaycanda qızıl və gümüş istehsalı artıb

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 349 kiloqram qızıl istehsal olunub və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 596,9 kiloqram və ya 34,1% çoxdur.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, ötən ilin yanvar-sentyabr aylarında ölkədə 1 752 kiloqram qızıl istehsal edilmişdi. Oktyabrın 1-nə hazır qızıl ehtiyatı 142,2 kiloqram olub.

Eyni dövrdə Azərbaycanda 2 984 kiloqram gümüş istehsal edilib, bu göstərici əvvəlki ilin göstəricisindən 676,3 kiloqram və ya 29,3% yüksəkdir. Oktyabrın 1-nə hazır gümüş ehtiyatı 759,1 kiloqram təşkil edib.

Fuad Mədətov
Finss.az