2025-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycana 22 ölkədən 3,750 milyard ABŞ dolları dəyərində, 38,459 min kiloqram qızıl idxal edilib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə qızılın dəyəri 2,2 milyard dollar və ya 2,5 dəfə, həcmi isə 18,554 min kiloqram və ya 1,9 dəfə artıb.
Hesabat dövründə Azərbaycana qızıl idxal edən əsas ölkələr Rusiya, Böyük Britaniya və ABŞ olub. Eyni zamanda, ölkədə 2025-ci ilin yanvar-avqust aylarında 2 113 kiloqram qızıl istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 637 kiloqram və ya 43,1% çoxdur. Sentyabrın 1-nə hazır qızıl ehtiyatı 114,5 kiloqram təşkil edib.
Ölkələr üzrə idxal həcmi və dəyəri aşağıdakı kimidir:
- Qazaxıstan – 2 556,83 kq, 262 172,89 min USD
- Qırğızıstan – 417,36 kq, 44 617,82 min USD
- Özbəkistan – 1 226,92 kq, 124 914,73 min USD
- Rusiya – 6 783,68 kq, 656 760,54 min USD
- ABŞ – 4 453,16 kq, 458 836,39 min USD
- Avstraliya – 4 120,75 kq, 368 159,06 min USD
- Böyük Britaniya və Şimali İrlandiya – 4 860,9 kq, 481 268,41 min USD
- Braziliya – 1 021,46 kq, 953 118,81 min USD
- Cənubi Afrika Respublikası – 2 526,6 kq, 267 467,72 min USD
- Çin – 1 186,22 kq, 109 542,7 min USD
- Honkonq – 184,29 kq, 16 723,14 min USD
- Filippin – 278,61 kq, 28 344,69 min USD
- İsveçrə – 1 470,02 kq, 145 035,48 min USD
- Kanada – 1 398,88 kq, 132 316,32 min USD
- Meksika – 2 557,6 kq, 233 513,81 min USD
- Türkiyə – 1 115,84 kq, 99 250,42 min USD
- Yaponiya – 149,89 kq, 15 586,09 min USD
- Zimbabve – 12,2 kq, 1 133,44 min USD
- Almaniya – 1 062,49 kq, 95 859,22 min USD
- İspaniya – 692,15 kq, 73 156,09 min USD
- İsveç – 38,16 kq, 4 099,74 min USD
- İtaliya – 296,48 kq, 31 249,34 min USD
- Rumıniya – 48,12 kq, 4 960,59 min USD
Qeyd olunur ki, ölkəyə idxal edilən qızıl yarımişlənmiş formalarda, çubuqlar, məftil və profillər, lövhələr, qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və lentlər kimi müxtəlif formaları əhatə edir.
Fuad Mədətov
Finss.az