2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalardan nəqliyyat və anbar təsərrüfatına 2,882 milyard manat sərf olunub.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16,7% azalma göstərib. Nəqliyyat və anbar təsərrüfatına yönəldilmiş investisiyaların ümumi sərmayədə xüsusi çəkisi isə 22,1% təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin ilk doqquz ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafına bütün maliyyə mənbələrindən əsas kapitala 13,048 milyard manat sərmayə yönəldilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1% artım deməkdir. Neft-qaz sektoruna sərf olunan investisiyaların həcmi 11,5% azalıb, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyalar isə 7% artıb.
Ümumilikdə sərmayənin 6,648 milyard manatı (51%) məhsul istehsalı sahələrinə, 4,298 milyard manatı (32,9%) xidmət sahələrinə, 2,102 milyard manatı (16,1%) isə yaşayış evlərinin tikintisinə yönəldilib.
Fuad Mədətov
Finss.az