Finss.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Scott Bessent müttəfiqləri Rusiyanın Rosneft və Lukoil kimi enerji şirkətlərinə qarşı yeni sanksiyalara qoşulmağa çağırıb.
Bessent bildirib ki, ABŞ və tərəfdaşları Rusiyaya qarşı iqtisadi təzyiqləri gücləndirməkdə qərarlıdır və lazım gəldikdə əlavə sanksiyalar tətbiq ediləcək.
ABŞ Maliyyə Nazirliyi qeyd edir ki, Vaşinqton müttəfiqlərdən sanksiyalara riayət etmələrini tələb edir və Rusiyaya qarşı iqtisadi təzyiqləri artırmaq üçün hazırlıqlardadır.