Azərbaycanın aparıcı ticarət tərəfdaşları arasında Qazaxıstan birinci yerdə qərarlaşıb.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, yanvar-sentyabr aylarında Azərbaycan-Qazaxıstan ticarət dövriyyəsi 370 milyon dollar artaraq 568 milyon dolları ötüb. Bu göstərici regionun digər ölkələri ilə müqayisədə xeyli yüksəkdir.
Qazaxıstanla Azərbaycan arasında ticarətin strukturu idxalın üstünlüyü ilə səciyyələnir: Azərbaycana Qazaxıstandan 497,7 milyon dollar dəyərində məhsul idxal edilib.
Hesabat dövründə Özbəkistan Azərbaycanla ticarət dövriyyəsində ikinci yeri tutub və göstərici 148 milyon dollar artaraq 318,9 milyon dollar təşkil edib.
Qırğızıstan və Tacikistanla ticarət həcmi liderlərdən aşağı olsa da, bu ölkələrlə də əhəmiyyətli artım müşahidə olunub.
Qırğızıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 62 milyon dollar artıb, Tacikistanla isə iki dəfədən çox artaraq 10,6 milyon dollar olub.
Yanvar-sentyabr ayları üzrə əsas göstəricilər belədir (min ABŞ dolları):
Ölkə | İxrac | İdxal |
---|---|---|
Qazaxıstan | 70 419,82 | 497 735,67 |
Qırğızıstan | 11 682,35 | 50 776,01 |
Özbəkistan | 53 436,72 | 265 483,25 |
Tacikistan | 9 798,7 | 807,12 |
Türkmənistan | 50 080,28 | 127 215,44 |
Dövlət Gömrük Komitəsinin hesablamalarına görə, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 173 ölkə ilə 34,498 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatları aparıb. Bu dövrdə ixrac 19,9 milyard dollar, idxal isə 14,6 milyard dollar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 6,3% azalarkən, idxal 14,5% artıb.
Fuad Mədətov
Finss.az