BİZNES

21 Oktyabr

Azərbaycandan neft məhsulları ixracı artıb

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan 503,4 min ton neft məhsulları ixrac edilib ki, bu da 273,8 milyon ABŞ dolları dəyərindədir.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsaəsn xəbər verir ki, ixrac olunan məhsulların miqdar göstəricisi ötən ilin eyni dövrü ilə müqayisədə 41,5 min ton və ya 9% artıb, lakin dəyəri 18,6 milyon ABŞ dolları və ya 6,6% azalıb.

Qeyd olunur ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan 461,9 min ton neft məhsulu ixrac olunmuş və bunun dəyəri 292,4 milyon ABŞ dolları təşkil edib.

Həm 2024-cü, həm də 2025-ci ilin eyni dövründə neft məhsullarının ixracı ümumi ixracın 1,47%-i səviyyəsində qalıb.

Fuad Mədətov
Finss.az