BİZNES

21 Oktyabr

Petrobras Amazon yaxınlığında neft kəşfiyyatına başlayır

Finss.az xəbər verir ki, Braziliyanın dövlət şirkəti Petrobras, Amazon çayının mənsəbinə yaxın ərazidə neft kəşfiyyatı quyusu qazmağa icazə alıb. Bu qərarla, şirkət və ətraf mühitin mühafizəsi qurumları arasında bir neçə ildir davam edən mübahisəyə son qoyulub.

Qazma işlərinin beş ay davam edəcəyi və dərhal başlanacağı gözlənilir. Atlantik okeanının dərin sularında yerləşən bu bölgə, dünyanın böyük neft şirkətləri üçün uzun illərdir maraq doğurur. Petrobras isə bu layihəni strateji əhəmiyyətli hesab edir, çünki 2030-cu ilə qədər mövcud neft yataqlarının hasilat həddinə çatacağı proqnozlaşdırılır.

Bununla belə, ekoloqlar bu qərarı ciddi tənqid edirlər. Qazma nöqtəsinin Amazon çayından 3030 km uzaqlıqda yerləşməsinə baxmayaraq, sürətli su axınları səbəbindən neft sızmasının geniş ərazilərə təsir edəcəyi və Amazon estuarının unikal ekosistemini təhdid edəcəyi xəbərdarlığı edilir.