BİZNES

21 Oktyabr

Almaniyada 2025-ci ildə şərab istehsalı 5% artacaq – Üzüm yığımında yüksəliş

Finss.az xəbər verir ki, Almaniyanın Federal Statistika İdarəsi (Destatis) tərəfindən təqdim olunan məlumatlara əsasən, 2025-ci ilin sonuna qədər Almaniyada şərab və üzüm istehsalının həcmi təxminən 8,2 milyon hektolitrə çatacağı proqnozlaşdırılır.

Bu rəqəm 2024-cü illə müqayisədə 5% artım deməkdir. Keçən il ölkədə əlverişsiz hava şəraiti – gec şaxtalar və güclü yağıntılar – nəticəsində şərab istehsalı 7,8 milyon hektolitr səviyyəsində qalmış, bu isə 2018–2023-cü illər üçün orta göstəricidən 12% aşağı olmuşdur (8,9 milyon hektolitr).

Yeni proqnozlar 2025-ci ilin üzüm yığımı mövsümünün daha əlverişli keçdiyini göstərir və Almaniyanın şərab sənayesi üçün müsbət dinamikanın bərpa olunacağından xəbər verir.