Finss.az xəbər verir ki, Bazar ertəsi günü Avropa fond birjaları günü müsbət zonada başa vurub. Region üzrə ən geniş əhatəli indeks olan Stoxx Europe 600 1,03% artaraq 572,1 bəndə çatıb.
Böyük ölkələr üzrə əsas indekslərin artım göstəriciləri belə olub:
- Almaniya DAX – +1,8%
- İtaliya FTSE MIB – +1,52%
- İspaniya IBEX 35 – +1,46%
- Böyük Britaniya FTSE 100 – +0,52%
- Fransa CAC 40 – +0,39%
Bu artıma səbəb kimi bank kredit portfelləri ilə bağlı narahatlıqların azalması, eləcə də ABŞ-Çin münasibətlərində gərginliyin yumşalması göstərilir. ABŞ prezidenti Donald Tramp, Çin prezidenti Si Tszinpin ilə görüşə hazır olduğunu bəyan edib.
İspaniya və İtaliya bankları ciddi yüksəlişlə seçiliblər:
- Banco de Sabadell – +4,7%
- Banco Bilbao Vizcaya Argentaria – +3,8%
- CaixaBank – +2,6%
- Banco Santander – +1,8%
- Banco BPM – +2,5%
- UniCredit – +2,8%
Böyük Britaniya banklarının da səhmləri artım nümayiş etdirib:
- HSBC – +0,6%
- Barclays – +1,1%
- Lloyds – +0,7%
- NatWest – +0,6%
Qlobal iqtisadi mühitdə siyasi sabitlik siqnalları və müsbət bank gəlirləri bazarın güclü artımı ilə nəticələnib.