Finss.az xəbər verir ki, qlobal təklifin artması və ABŞ-Çin ticarət münaqişəsi fonunda neft qiymətləri ucuzlaşmaqda davam edir.
ICE Futures Exchange (London) birjasında Brent markalı neftin dekabr fyuçersləri 0,08 dollar və ya 0,13% azalaraq 60,93 dollar/barel təşkil edib. Bazar ertəsi bu kontraktlar 0,28 dollar və ya 0,46% düşərək 61,01 dollar/barel olmuşdu.
NYMEX (Nyu-York) birjasında WTI markalı neftin dekabr fyuçersləri 0,08 dollar və ya 0,14% ucuzlaşaraq 56,94 dollar/barel səviyyəsinə enib. Əvvəlki sessiyada bu qiymət 0,13 dollar və ya 0,23% düşmüşdü.
Ekspertlər qeyd edir ki, artmaqda olan təklif bolluğu və ticarət gərginliyinin qlobal enerji tələbinə təsiri qiymətlər üzərində təzyiq yaradır.