Bakı, 20 oktyabr 2025 – Finss.az xəbər verir ki, Hindistan Rusiya neftinin idxalını oktyabr ayının ilk yarısında artırıb. Bu barədə Press Trust of India (PTI) gəmi izləmə məlumatlarına istinadən məlumat yayıb.
Məlumata görə, Hindistan neft emalı zavodları bayram mövsümündə artan daxili tələbatı qarşılamaq üçün tam güclə fəaliyyət göstərir. Nəticədə, Rusiyadan gündəlik neft idxalı sentyabr ayı ilə müqayisədə 250 min barel artaraq təxminən 1,8 milyon barelə çatıb.
-
İyun 2025 – gündəlik 2 milyon bareldən çox
-
Sentyabr 2025 – gündəlik 1,6 milyon barel
-
Oktyabrın ilk yarısı – gündəlik 1,8 milyon barel
Məlumatı The Times of India Business Desk Kpler şirkətinin ilkin təhlillərinə istinadən yayıb.
Hindistana Urals və digər Rusiya xam neft növlərinin tədarükü sürətlənir. Ekspertlər bu artımı Qərb bazarlarında tələbin zəifləməsi, təchizat zəncirlərində elastikliyin artması və endirimli satış siyasəti ilə əlaqələndirirlər.
Maraqlıdır ki, bu məlumatlar ABŞ prezidenti Donald Trampın Hindistanın baş naziri Narendra Modinin Rusiya neftinin idxalını dayandırmağa razı olduğu barədə açıqlamasından əvvəl yayılıb.
Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caiswal isə bu mövzuda heç bir razılaşmadan xəbərsiz olduğunu bəyan edib.