BİZNES

17 Oktyabr

Naxçıvanda nəqliyyat sektorunda yük və sərnişin daşımaları artıb

2025-ci ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında nəqliyyat sektorunda 5,409 milyon ton yük daşınıb.

Finss.az Naxçıvanın Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,9% artım deməkdir.

Hesabat dövründə 35,825 milyon sərnişin daşınıb ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 1,3% çoxdur.

Fuad Mədətov
Finss.az