BİZNES

17 Oktyabr

Naxçıvanda informasiya və rabitə xidmətlərinin həcmi artıb

2025-ci ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 28,363 milyon manat təşkil edib.

Finss.az Naxçıvanın Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% artım deməkdir.

Ölkə üzrə isə informasiya və rabitə sahəsində göstərilən xidmətlərin dəyəri 2,741 milyard manat olub ki, bu da real ifadədə 6,7% artım təşkil edir. Xidmətlərin 72,6%-i əhali tərəfindən istifadə olunub.

Hesabat dövründə gəlirin 34%-i, yəni 932,3 milyon manatı mobil telefon rabitəsindən formalaşıb.

Fuad Mədətov
Finss.az