2025-ci ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 93,1 milyon ABŞ dolları olub.
Finss.az Naxçıvanın Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,7% azalma deməkdir.
Hesabat dövründə muxtar respublikadan 10,3 milyon dollar dəyərində məhsul ixrac edilib, bu isə illik müqayisədə 29,8% artım deməkdir.
Eyni zamanda, muxtar respublikaya 82,8 milyon dollar dəyərində məhsul idxal olunub, bu da 7,8% azalma ilə yadda qalıb.
Fuad Mədətov
Finss.az