2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 6,963 milyon ton yük daşınıb, bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% artım deməkdir. Yüklərin 48,1%-i neft yüklərindən ibarət olub.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsaəsn xəbər verir ki, hesabat dövründə dəniz limanlarında 9,861 milyon ton həcmində yükləmə-boşaltma işləri aparılıb, bunun 79,6%-i tranzit yüklərdən ibarət olub. Oktyabrın 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 410,2 min ton təşkil edib.
Dəniz nəqliyyatı ilə daşınan sərnişinlərin sayı isə 19,3 min nəfər olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,8% azalma deməkdir.
Fuad Mədətov
Finss.az