BİZNES

16 Oktyabr

BlackRock 2025-ci ilin 3-cü rübündə 13.46 trilyon dollarlıq rekord aktivlərlə bazar gözləntilərini üstələdi

Finss.az xəbər verir ki, dünyanın idarə olunan aktivlərə görə ən böyük investisiya şirkəti olan BlackRock, 2025-ci ilin üçüncü rübü üzrə 25% gəlir artımı göstərsə də, xalis mənfəətində 19% azalma qeydə alınıb.

Şirkətin rüblük hesabatına əsasən, düzəliş edilmiş mənfəət və ümumi gəlir analitiklərin bazar gözləntilərini üstələyib.

Ən diqqətçəkən məqamlardan biri, BlackRock-un idarə etdiyi aktivlərin 17% artaraq 13,46 trilyon dollara çatmasıdır ki, bu da şirkət üçün rekord səviyyədir. Bu artım fond bazarının canlanması və investor axınının çoxalması ilə izah olunur.

2025-ci ilin üçüncü rübündə BlackRock fondlarına xalis daxilolmalar 205 milyard dollar təşkil edib. Bu da şirkətin müxtəlif investisiya məhsullarına olan inamın və etibarın yüksək səviyyədə olduğunu göstərir.

Qeyd edək ki, BlackRock-un əldə etdiyi bu nəticələr, dünya iqtisadiyyatında qeyri-müəyyənliklər fonunda belə şirkətin strateji mövqeyinin və bazardakı güclü yerinin göstəricisidir.