2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycanda metrodan istifadə edən sərnişinlərin sayı 162,6 milyon nəfər təşkil edib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,4% azalıb.
Eyni dövrdə nəqliyyat sektorunda ümumi yük və sərnişin daşımaları müvafiq olaraq 2,5% və 5,4% artıb. Təsərrüfat subyektləri tərəfindən 177,7 milyon ton yük daşınıb, bunun 3,9%-i dəniz, 7%-i dəmir yolu, 0,2%-i hava, 61,3%-i avtomobil və 27,6%-i boru kəməri ilə həyata keçirilib.
Fuad Mədətov
Finss.az