“İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioriteti çərçivəsində bugünədək bərpa işlərinə 21,5 milyard manat sərf olunub.
Finss.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı 30-cu Yubiley Xəzər İnşaat Həftəsində bildirib.
V. Qasımlı qeyd edib ki, Böyük Qayıdış çərçivəsində 2026-cı ilin sonunadək bu rəqəm təqribən 30 milyard manata qədər yaxınlaşacaq:
"2027-2030-cu illər üzrə resurs sərfi nəzərdən keçirilir, amma hesab edirəm ki, 14-15 milyard manat vəsait sərfi nəzərdə tutulacaq."
Fuad Mədətov
Finss.az