BİZNES

15 Oktyabr

Azərbaycanda kompüter və telekommunikasiya məhsullarının satış həcmi artıb

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın pərakəndə ticarət sektorunda ümumilikdə 594,2 milyon manatlıq mal satılıb.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, satışda kompüterlər, telekommunikasiya avadanlığı və çap məhsulları əsas paya malik olub.

Ölkə üzrə pərakəndə ticarət dövriyyəsi 46,423 milyard manat təşkil edib, bunun 25,359 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 21,064 milyard manatı isə qeyri-ərzaq mallarına düşüb.

2024-cü ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7% artıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3%, qeyri-ərzaq malları üzrə isə 6,8% artım müşahidə olunub.

Fuad Mədətov
Finss.az