BİZNES

15 Oktyabr

Çinin sentyabrda gündəlik neft idxalı 11,5 milyon barel təşkil edib

Finss.az xəbər verir ki, İnterfaks agentliyinin Baş Gömrük İdarəsinin məlumatlarına əsaslanan hesablamalarına görə, Çin 2025-ci ilin sentyabr ayında gündəlik orta hesabla 11,498 milyon barel neft idxal edib.

Bu göstərici avqust ayı ilə müqayisədə 1,3% az, lakin ötən ilin eyni dövrü ilə müqayisədə 3,9% çoxdur.

Mütləq rəqəmlərlə, Çin sentyabrda 47,252 milyon ton neft idxal edib. Müqayisə üçün, bu rəqəm avqustda 49,492 milyon ton, 2024-cü ilin sentyabrında isə 45,488 milyon ton olub.

İdxalın dəyəri isə 23,83 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilir.