BİZNES

14 Oktyabr

Azərbaycan iqtisadiyyatı bu ilin 9 ayında 1,3% böyüyüb

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 95,229 milyard manat olub, ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.

Finss.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,9 faiz azalarkən, qeyri-neft-qaz sektorunda 2,9 faiz artım qeydə alınıb.

ÜDM istehsalının strukturunda:

  • sənayenin payı 34,2 faiz,
  • ticarət və nəqliyyat vasitələrinin təmiri 10,5 faiz,
  • nəqliyyat və anbar təsərrüfatı 7,0 faiz,
  • kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 6,8 faiz,
  • tikinti 6,6 faiz,
  • turistlərin yerləşdirilməsi və ictimai iaşə 2,8 faiz,
  • informasiya və rabitə sahələri 1,8 faiz,
  • digər sahələr 20,7 faiz təşkil edib.

Məhsul və idxala xalis vergilər ÜDM-in 9,6 faizini təşkil edib.

Hesabata əsasən, ölkədə əhalinin hər nəfərinə düşən ÜDM 9 300,3 manat olub.

Fuad Mədətov
Finss.az