BİZNES

14 Oktyabr

Panama Kanalı 2025-ci maliyyə ilində xalis mənfəətini 20% artıraraq 4,13 milyard dollara çatdırıb

Finss.az xəbər verir ki, Panama Kanalı 2025-ci maliyyə ilində rekord maliyyə nəticələri ilə yadda qalıb. Kanal rəhbərliyinin verdiyi məlumata görə, xalis mənfəət 2024-cü illə müqayisədə 20% artaraq 4,13 milyard dollar təşkil edib. Ümumi gəlir isə 5,7 milyard dollar səviyyəsində qərarlaşıb ki, bu da əvvəlki ilin 4,98 milyard dollarlıq gəliri ilə müqayisədə 14,4% artım deməkdir.

Əsas göstəricilər:

  • Tranzit keçid edən gəmi sayı: 13 400 (ötən illə müqayisədə 20% artım)

  • Neopanamax: 3 300 gəmi
  • Panamax: 10 000 gəmi
  • Ümumi yükdaşıma qabiliyyəti:

  • 2024-cü ildə: 423,1 milyon ton
  • 2025-ci ildə: 489 milyon ton (+15,6%)

Əsas yük növləri:

  • Konteyner daşımaları və mayeləşdirilmiş neft qazı (LPG) yüksək gəlir gətirib
  • Mayeləşdirilmiş təbii qaz (LNG) tranziti isə yüksək daşıma xərcləri səbəbilə azalıb

Kanal rəhbərliyi bildirib ki, bütün bu göstəricilər əlverişsiz hava şəraiti və qeyri-sabit qlobal bazar şərtlərinə baxmayaraq əldə olunub. Bu da Panama Kanalının dayanıqlı və strateji nəqliyyat dəhlizi kimi rolunu bir daha təsdiqləyir.