BİZNES

13 Oktyabr

Çinin İxracı Sentyabrda 8,3% Artdı

Finss.az xəbər verir ki, Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin açıqladığı son statistikaya əsasən, ölkənin ixracı 2025-ci ilin sentyabr ayında illik müqayisədə 8,3% artaraq 328,6 milyard dollara çatıb. Bu artım beynəlxalq ticarətdə canlanmanın və qlobal tələbatın bərpasının göstəricisi kimi qiymətləndirilir.

Bununla yanaşı, Çinin idxalı da 7,4% artaraq 238,1 milyard dollara yüksəlib. Bu göstərici son 18 ayın ən yüksək artımı olmaqla yanaşı, yeddi ayın ən yüksək aylıq idxal həcmi hesab edilir.

Trading Economics platformasının keçirdiyi sorğuda analitiklər orta hesabla ixracın 6%, idxalın isə cəmi 1,5% artacağını proqnozlaşdırmışdılar. Nəticələrin gözləntiləri xeyli üstələməsi, Çin iqtisadiyyatında beynəlxalq ticarət balansının gücləndiyini göstərir.

Ekspertlər bu yüksəlişin arxasında duran əsas səbəblər kimi sənaye istehsalında sabitlik, valyuta bazarlarında nisbi tarazlıq, və təchizat zəncirinin bərpasını göstərirlər. Eyni zamanda, Çinin əsas ticarət tərəfdaşları ilə olan əlaqələrin güclənməsi də ixracat artımına müsbət təsir edib.