Finss.az xəbər verir ki, 2025-ci ilin ilk yarısında dünya üzrə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, tarixdə ilk dəfə olaraq kömür əsaslı elektrik istehsalını geridə qoyub. Bu barədə Reuters agentliyi Ember adlı enerji analitik şirkətinin məlumatlarına istinadla xəbər yayıb.
Rəqəmlərə əsasən, yanvar–iyun aylarında bərpa olunan enerji mənbələrindən – xüsusilə günəş və külək elektrik stansiyalarından – ümumilikdə 5,072,000 teravatt-saat (TVt/saat) elektrik enerjisi istehsal olunub. Müqayisə üçün, kömürlə işləyən elektrik stansiyalarının istehsalı isə 4,896,000 TVt/saat təşkil edib.
Bu, qlobal enerji keçidində mühüm bir dönüm nöqtəsi hesab olunur və bərpa olunan enerjinin artan rolunu nümayiş etdirir. Son illərdə bir çox ölkə, iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində karbon emissiyalarını azaltmaq məqsədilə təmiz enerji texnologiyalarına sərmayələri artırıb.
Ember-in ekspertlərinə görə, bu tendensiya gələcək illərdə daha da güclənəcək və kömürdən asılılıq sürətlə azalacaq. Bununla yanaşı, günəş və külək enerjisinin maya dəyərinin ucuzlaşması, bu sahəyə olan marağı daha da artırır.