BİZNES

10 Oktyabr

DSMF-nin gəlirləri 9 ayda proqnozu 6% üstələyib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 9 ayında proqnozla müqayisədə 6 faiz və ya 342 mln. manat çox olmaqla 5 mlrd. 889 mln. manat təşkil edib.

Finss.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 8 faiz və ya 331 mln. manat artaraq 4 mlrd. 663 mln. manat olub.

Yanvar-sentyabr aylarında DSMF-nin xərcləri 5 mlrd. 628 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz və ya 481 mln. manat çoxdur.