BİZNES

10 Oktyabr

Türk Hava Yolları Boeing 737 MAX sifarişindən imtina edə bilər

Finss.az xəbər verir ki, Türk Hava Yolları (THY) Boeing şirkətindən sifariş etdiyi 737 MAX təyyarələrindən imtina etməyi nəzərdən keçirir və alternativ olaraq Airbus təyyarələrinin alınması imkanlarını araşdırır. Bu barədə məlumatı THY-nin İdarə Heyətinin sədri Əhməd Bolat Reuters agentliyinə açıqlamasında verib.

Bolat qeyd edib ki, hazırda Airbus A320neo təyyarələri və onların mühərrik təchizatçıları ilə danışıqlar aparılır. Hal-hazırda CFM International şirkəti Boeing 737 MAX modelləri üçün yeganə mühərrik təchizatçısıdır. Lakin Airbus A320neo modelləri üçün RTX (Raytheon Technologies) və Pratt Whitney kimi alternativ mühərrik istehsalçıları mövcuddur.

Türk Hava Yollarının bu addımı Boeing ilə yaşanan gecikmələr və texniki məsələlərlə əlaqələndirilir. Sektor mütəxəssisləri bildirirlər ki, bu, gələcəkdə Boeing üçün ciddi maliyyə və reputasiya itkilərinə səbəb ola bilər.

THY-nin qərarı həm də qlobal aviasiya bazarında Airbus-Boeing rəqabətini daha da qızışdıracağı gözlənilir.