Finss.az xəbər verir ki, Qırğızıstan hökuməti respublikadan neft və neft məhsullarının Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsindən kənara ixracına müvəqqəti qadağa tətbiq edib. Bu barədə ölkə hökumətinin rəsmi saytında 7 oktyabr 2025-ci il tarixli fərman yayımlanıb.
Fərmana əsasən, qadağa EAEU TN VED kodu 2709 ilə təsnif olunan neftin və 2710 kodu ilə müəyyən edilən neft məhsullarının, o cümlədən avtomobil və dəmir yolu nəqliyyatı vasitəsilə ixracına şamil edilir. Qadağa mazut və soba mazutu (EAEU TN VED 2710) istisna olmaqla, neft emalı zavodları tərəfindən istehsal olunan məhsulları əhatə edir.
Qırğızıstanın bu qərarı, ölkənin neft ehtiyatlarının qorunması və daxili bazarın təminatı məqsədilə atıldığı bildirilir.