Finss.az xəbər verir ki, BMW AG 2025-ci ilin üçüncü rübündə satışlarını ötən ilin eyni dövrü ilə müqayisədə 8,8% artıraraq 588,300 avtomobilə çatdırıb. Bu barədə şirkətin rüblük hesabatında məlumat verilib.
BMW-nin məlumatına əsasən:
- Avropada satışlar 9,3% artıb,
- Almaniyada satış artımı 12,3%,
- ABŞ-da isə güclü 24,9% artım qeydə alınıb,
- Asiyada satışlar sabit qalıb,
- Çində isə cüzi 0,4% azalma müşahidə olunub.
Markalara görə satış statistikası belədir:
- BMW markası üzrə satışlar 5,7% artıb,
- MINI brendi 37,5% yüksəliş göstərib,
- Rolls-Royce isə 13,3% artım ilə fərqlənib.
BMW-nin satışlar üzrə əldə etdiyi bu nəticələr qlobal avtomobil bazarındakı rəqabətli mühitə baxmayaraq, markanın brend gücü, innovasiya və premium segmentdəki dayanıqlılığını nümayiş etdirir. Şirkət elektrik nəqliyyat vasitələri, rəqəmsal texnologiyalar və bazarların lokal xüsusiyyətlərinə uyğunlaşma strategiyası ilə satış artımını dəstəkləyir.